featured-image-46665

Beynəlxalq yoldaşlıq oyununda Gürcüstan yığması ilə qarşılaşan futzal üzrə Azərbaycan millisi rəqibinə 2:3 hesabı ilə uduzub.

Msport.az xəbər verir ki, matçla bağlı yığmamızın baş məşqçisi Vitali Borisov azfutzal.az-a açıqlama verib.

Mütəxəssis komandanın yenidən formalaşdırıldığını xatırladıb: “Budəfki heyətimiz demək olar, sırf Azərbaycan çempionatında çıxış edən futzalçılardan ibarətdir. Bu görüş 2024-cü ildə ilk beynəlxalq oyunumuz idi. Uşaqlardan razı qaldım. Sona qədər mübarizə apardılar. Rəqibimiz olan Gürcüstan millisi də zəif komanda deyil. Bu gün bizdən üstün oynadılar.Narazı qaldığım məqam iki qolu standart vəziyyətdən buraxmağımızla bağlıdır. Bu da bir yerdə çox işləməməyimizin nəticəsidir. Bu cür oyunları çox keçirməliyik ki, uşaqlar inkişaf etsinlər”.

Bənzər xəbərlər