"Vüqar Həsənli "Qəbələ" kimi komandanı sındıra bilməz" - Elmar Baxşıyev
Azərbaycan Premyer Liqasının 20-ci turunun “Qəbələ” – “Sabah” oyunundan sonra meydan sahiblərinin baş məşqçisi Elmar Baxşıyev CBC Sport-a danışıb.
Msport.az xəbər verir ki, 42 yaşlı mütəxəssis hakimlərdən narazı qalıb:
“Çox danışmayacam. Qırmızı vərəqəyə kimi düşündüyümüz nə var idisə, futbolçular meydanda yerinə yetirməyə çalışırdılar. Təəssüf ki, hakim bu cür oyunu “qırdı”. Hər iki sarı vərəqəyə diqqət yetirsəz, görərsiz ki, heç birincini də göstərməli deyildi. Rəqibin futbolçusundan da soruşdum, o da dedi ki, “təəccübləndim ki, elə sarı vərəqə verməyinə”. Bizə qarşı bir az fərqli qərar verirlər. Komandaya da bildirdim ki, ruhdan düşmək olmaz. Vüqar Həsənli “Qəbələ” kimi komandanı sındıra bilməz. Nə qədər ağır da olsa, qəbul etməliyik ki, o da çempionatımızın hakimlərindən biridir. Hansı ki, bu oyunu “öldürdürdü”.
“Qəbələ” növbəti tur “Zirə”nin qonağı olacaq və mərkəz müdafiəçiləri Ruan Renato ilə Murad Musayev cəzalı olduqlarından komandalarına kömək edə bilməyəcəklər. Baxşıyev hələ ki həmin matçda kimlərə şans verəcəyini müəyyənləşdirmədiyini bildirib: “Həmin oyuna hələ var. Bir az götür-qoy etməliyik. Heyətimiz geniş olmasa da, futbolçularım universialdır. İnanıram ki, həmin mövqedə oynayacaq futbolçu layiqincə əvəz edəcək”.
“Qəbələ”nin baş məşqçisi uzun müddət zədəli olan, lakin adı artıq oyunun pratakoluna düşən Yaovi Akakponun da durumuna aydınlıq gətirib: “Bu oyun düşünürdük ki, Yaovini meydana buraxaq. Sadəcə oyun elə gətirdi ki, onun üzərində dayanmaqda çətinlik çəkdim. Ümumi durumu günü- gündən yaxşılaşır və gələcək matçlarda ona da şans verəcəyik”.
AYXAN







