featured-image-82572

Azərbaycan millisinin üzvü Vüsal İsgəndərlinin Kosovo çempionatında növbəti qolunu vurub.

Msport.az xəbər verir ki, onun komandası “Malişeva” Superliqanın 6-cı turundasəfərdə “Lapi” ilə qarşılaşıb.

Matç “Malişeva”nın 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Start heyətində meydana çıxan Vüsal 41-ci dəqiqədə komandasının ilk qolunu vurub. Bu, 30 yaşlı futbolçunun cari mövsümdə Superliqada 4-cü qolu olub. O, ötən tur “Gjilani” ilə görüşdə (3:1) het-trik etmişdi.

“Malişeva” 13 xalla turnir cədvəlinin 2-ci yeri tutur və ehtiyatında bir oyuna olan lider “Priştina”dan 2 xal geri qalır.

Bənzər xəbərlər