featured-image-82942

“Valensiya”nın yeni baş məşqçisi məlum olub.

Msport.az xəbər verir ki, “yarasalar” 67 yaşlı Xavyer Aqirre ilə anlaşıb. Təcrübəli mütəxəssis son olaraq 2024-2026-cı illərdə Meksika millisinə rəhbərlik edib.

Meksikalılar Aqirrenin rəhbərliyi altında DÇ-2026-da 1/8 finalda İngiltərəyə uduzaraq (2:3) mübarizəni dayandırmışdılar.

7 turdan sonra hesabında 4 xal olan “Valensiya” İspaniya La Liqasında 19-cu yeri tutur.

 

Bənzər xəbərlər