Xəstəlik, yoxsa kredit borcları? - "Kəpəz"in qapıçısı niyə Antalya toplanışına getməyib?
“Kəpəz” Antalyada keçikirlən qış toplanışına qapıçı Orxan Sadıqlını apara bilmədi. Yoxlama oyunlarında çərçivəni yeni transfer Mario Mustapiç və gənc Elgün Bayramov qorumalı oldu.
Gəncə klubunun baş məşqçisi Tərlan Əhmədov Sadıqlının ağır xəstəlik keçirdiyi üçün Türkiyəyə aparılmadığını desə də, əslində səbəb başqadır.
Msport.az-ın əldə etdiyi məlumata görə, 29 yaşlı futbolçunun ölkədən çıxışına “stop” qoyulub. Sən demə, qapıçının müxtəlif banklara ödənməmiş çoxlu kredir borcları var. Hətta bu məsələ üzə çıxanda “Kəpəz”in İdarə Heyətinin sədri İlqar Nadiri şəxsi əlaqələri hesabına problemi həll etməyə çalışıb. Lakin ona bildiriblər ki, borclar həddən artıq çox olduğundan və gecikmə yarandığından Sadıqlının Azərbaycanı tərk etməsi mümkün deyil.
Bu səbəbdən də Gəncə klubunun əsas oyunçularından biri qış toplanışından kənarda qalıb.
AYXAN







