Yamal şəxsi rekordunu təkrarladı
“Barselona”nın futbolçusu Lamin Yamal şəxsi rekordunu təkrarlayıb.
Msport.az xəbər verir ki, 19 yaşlı vinger buna La Liqanın VI turunda “Rasinq”lə oyunda fərqlənməklə nail olub.
7:2 hesabı ilə qalib gəldikləri matçda sonuncu qolun müəllifi olan Yamal ardıcıl 5 görüşdə rəqib qapılarına yol tapır. Bu, onun karyerasında ardıcıl 5 görüşdə qol vurduğu ikinci belə haldır.
Qeyd edək ki, İspaniya millisinin üzvü “Rasinq”lə qarşılaşmadan əvvəl “Rayo Valyekano” (dubl), “Valensiya” (dubl), “Feyenoord” və “Levante” (dubl) ilə qarşılaşmalarda fərqlənmişdi.







