"Yaxın müddətdə komandaya uyğunlaşmaq niyyətindəyəm" - Yassin Benziya
“Qarabağ”ın yeni transferi Yassin Benziya CBC Sport-a açıqlama verib. Msport.az xəbər verir ki, yarımmüdafiəçi Azərbaycanda özünü hər keçən gün daha yaxşı hiss etdiyini bildirib:
“Qarabağ” ailəsinə təşəkkür edirəm. Mesaj göndərən azarkeşlərə, məşqçilər heyətinə və bütün futbolçulara minnətdaram. Hər keçən gün özümü daha yaxşı hiss edirəm. Yaxın müddətdə komandaya uyğunlaşmaq niyyətindəyəm”.
28 yaşlı futbolçu Bakıya gəlməzdən əvvəl “Qarabağ” barədə maraqlandığını bildirib: “Qarabağ”ın yaxşı komanda olduğunu bilirdim. Komanda çox yaxşı futbol oynayır. Baş məşqçinin fəlsəfəsindən xəbərdaram. Abdullah Zubirlə də danışmışdım. Komandanın çox yaxşı olduğunu demişdi. “Qarabağ”ın çempionluq videolarını izlədim və burada hər şeyin yaxşı olduğunu gördüm”.
Əvvəllər Türkiyədə “Fənərbağça” və “Hatayspor”un formasını geyinən forma geyinən Benzia iki ölkə arasındakı münasibətdən xəbərdar olduğunu deyib:
“Türkiyə və Azərbaycanın bir-birləri ilə yaxşı münasibəti var. Hər iki ölkəni də sevirəm. Burada olduğum üçün çox xoşbəxtəm”,
28 yaşlı futbolçu hədəfləri və “Gent”ə qarşı Konfrans Liqası oyunları barədə bunları deyib:
“Hədəfim həmişə hər şeyi qazanmaqdır. “Qarabağ” ölkənin ən yaxşı komandasıdır. Böyük klubuq və hər şeyi qazanmaq istəyirik. “Gent” güclü rəqibdir. Amma bizim şansımız daha çoxdur. Bu oyunlara yaxşı hazırlaşırıq. Ümid edirəm ki, növbəti mərhələyə biz keçəcəyik”.







