featured-image-35601

“Beşiktaş”nin futbolçusu Daniel Amartey Avropa Konfrans Liqası III təsnifat mərhələsinin “Neftçi” ilə cavab matçından öncə mətbuat konfransında iştirak edib.

Msport.az braziliyalı mərkəz müdafiəçisinin fikirlərini diqqətinizə çatdırır:

“Beşiktaş”da olduğum üçün xoşbəxtəm. Böyük bir klubdayam. Yaxşı rəqibə qarşı oynayacağıq. Çətin matç olacaq, biz hazırıq. İntizamlı olacağıq. Sabah qələbə qazanmağa çalışacağıq. Müdafiənin mərkəzində və ya cinahda oynamağın mənim üçün fərqi yoxdur. Hər mövqedə oynaya bilirəm”.

Qeyd edək ki, “Beşiktaş” – “Neftçi” qarşılaşması sabah Bakı vaxtilə saat 22:00-da start götürəcək.

Bənzər xəbərlər