featured-image-2969

Bu gün keçiriləcək final oyunu ilə futzal üzrə Yüksək Liqada 2021/22 mövsümünə yekun vurulacaq.

Msport.az xəbər verir ki, indiyə qədər “Araz” (Naxçıvan) 15 dəfə hamıdan güclü olub.

Ötən mövsüm isə koronavirusa görə çempionat keçirilməyib və İcraiyyə Komitəsinin qərarı ilə bir il əvvəlki çempion – “Araz” UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edib.

Naxçıvan təmsilçisindən sonra iki komanda 3 dəfə ölkə çempionu titulunu qazanıb. Söhbət “Avtomobilçi” və “Turan AİR”dən gedir. İlk çempion isə “Nicat” olub. “Araz” ardıcıl 10 dəfə çempion olduqdan sonra seriyanı “Khazar Islands” qırıb.

Bu, sayca 28-ci ölkə çempionatıdır. İlk çempionat 1993-cü ildə keçirilib. Bəzi mənbələrdə mövsümün 1993/94-cu illərdə keçirildiyi qeyd edilir. Ancaq fakt odur ki, ilk çempionat 1993-cü ilin payızında keçirilib.

İndiyə qədər keçirilmiş çempionatların qaliblərini diqqətinizə çatdırırıq:

1993 – “Nicat” (Bakı)
1994/95 – “Azadə”
1995/96 – “Avtomobilçi”
1996/97 – “Avtomobilçi”
1997/98 – “Avtomobilçi”
1998/99 – “Azərneftyanacağ”
1999/00 – “Azərneftyanacağ”
2000/01 – “Turan AIR”
2001/02 – “Turan AIR”
2002/03 – “Tribut”
2003/04 – “Turan AIR”
2004/05 – “Araz-Naxçıvan”
2005/06 – “Araz-Naxçıvan”
2006/07 – “Araz-Naxçıvan”
2007/08 – “Araz-Naxçıvan”
2008/09 – “Araz-Naxçıvan”
2009/10 – “Araz-Naxçıvan”
2010/11 – “Araz-Naxçıvan”
2011/12 – “Araz-Naxçıvan”
2012/13 – “Araz-Naxçıvan”
2013/14 – “Araz-Naxçıvan”
2014/15 – “Khazar Islands”
2015/16 – “Araz-Naxçıvan”
2016/17 – “Araz-Naxçıvan”
2017/18 – “Araz-Naxçıvan”
2018/19 – “Araz-Naxçıvan”
2019/20 – “Araz-Naxçıvan”
2020/21 – Çempionat keçirilməyib
2021/22 – ?

Bənzər xəbərlər