featured-image-11288

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Bosniya və Herseqovinadakı təlim-məşq toplanışını çərçivəsində bu ölkənin müvafiq yaş qrupundan ibarət yığması ilə növbəti yoxlama oyununu keçirib.

Msport.az xəbər verir ki, qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Millimizin qollarını 3-cü dəqiqədə Nəriman Axundzadə və 73-cü dəqiqədə Qurban Səfərov vurub. Qeyd edək ki, oyunun 69-cu dəqiqədəsində Nuğay Rəşidov qırmızı vərəqə alıb.

Bu komandalar arasında iki gün əvvəl keçirilmiş ilk qarşılaşma 1:0 hesabı ilə rəqibin xeyrinə nəticələnmişdi.

Bənzər xəbərlər