featured-image-14822

“Ağır oyun olacaq. Səfərdəki möhtəşəm qələbə bizi aldatmamalıdır. Rəqib çox yaxşı komandadır. Revanş almağa çalışacaqlar”.

Bunu Msport.az saytına açıqlamasında “Səbail”in baş məşqçisi Qurban Qurbanov “Qarabağ”ın evdə Yunanıstan “Olimpiakos”una qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunundan öncə deyib.

49 yaşlı mütəxəssis bildirib ki, Ağdam klubunun qrupdan çıxmaq üçün gözəl şansı var: “Bunu əldən verməyəcəklərini düşünürəm. İnanıram ki, komandanı növbəti mərhələdə görəcəyik”.

O, qarşılaşma ilə bağlı dəqiq proqnoz verməyin çətin olduğunu söyləyib: “Hesabı deyə bilmərəm. Amma “Qarabağ”a bu gün qələbəyə daha yaxın tərəfdir”.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.

Bənzər xəbərlər