featured-image-23336

“Kəpəz” son oyunda “Şamaxı” üzərində qələbə (3:2) qazansa da, komanda ətrafında söz-söhbət bitmək bilmir.

Msport.az xəbər verir ki, Gəncə klubunun azarkeşləri indi də komandanın müdafiəçisi Yusif Nəbiyevdən narazı qalıblar.

“Şamaxı” ilə matçdan sonra azyaşlı azarkeş futbolçu ilə şəkil çəkdirmək istəsə də, o bundan imtina edib. Bu barədə sosial şəbəkədə “Kəpəz”in azarkeşi Yusif Həsənov yazıb. Onun sözlərinə görə, Gəncə təmsilçisinin 14 yaşlı tərəfdarı Nəbiyevə yaxınlaşsa da, o, bundan boyun qaçıraraq üzünü çevirib gedib.

AYXAN 

Bənzər xəbərlər