Yusif Nəbiyev "Kəpəz"i "Səbail"ə dəyişməsinin səbəbini açıqladı - MÜSAHİBƏ
Mövsümün sonunda “Kəpəz”i “Səbail”ə dəyişən Yusif Nəbiyevin Msport.az saytına müsahibəsi
– “Kəpəz”dən niyə ayrıldınız? Sizə yeni müqavilə təklif olunmadı?
– Yox, müqavilə təklif olundu. Birinci “Kəpəz”lə danışdım, şərtlərimiz üst-üstə düşmədi və rəhbərliklə normal şəkildə halallaşıb klubdan ayrıldım.
– Deyilənə görə, klubda maliyyə problemi var. Gedişinizin bir səbəbi də bu ola bilərmi?
– Açığı, maliyə durumu haqqında heç bir məlumatım yoxdur.
– Bəlkə ötən mövsümün gedişində baş verən çoxsaylı qalmaqallar sizi komandadan soyutdu?
– “Kəpəz”dən xoş xatirələrlə ayrıldım. Nə oldusa, orada da qaldı. Bu haqda nəsə demək istəmirəm.
“Kəpəz”də keçirdiyiniz ötən mövsümü özünüz üçün necə dəyərləndirirsiz?
– Şükürlər olsun ki, ilk növbədə zədəsiz mövsüm keçirdim. Çıxışıma gəldikdə, məncə, normal mövsüm alındı. Amma daha yaxşı ola bilərdim.
– Artıq “Səbail”dəsiniz. Niyə məhz bu komandanı seçdiniz? Başqa təklifləriniz yox idi?
– Təklif var idi, amma “Səbail”lə danışıb razılaşdım.
– “Səbail”ə keçməyinizdə əsas rolu nə oynadı: maliyyə, yoxsa başqa amil? Nəzərə alaq ki, “Səbail” böyük çətinliklə Premyer Liqada qaldı…
– “Səbail”i ona görə seçdim ki, burada futbolçu üçün lazım olan bütün şərait var. Bu komanda ilə yaxşı nəticə qazanmaq istəyirəm. Bəli, “Səbail”in son mövsümü ürəkaçan olmadı. Amma bu, futboldur. Hər komandada belə dövrlər olur. Artıq hər şey keçmişdə qaldı.
CAHİD