“Yuventus”un istədiyi “Mançester Yunayted”li
“Yuventus” “Mançester Yunayted”in yarımmüdafiəçisi Manuel Uqarte ilə maraqlanır.
Msport.az xəbər verir ki, Turin klubu futbolçunu yaxından izləmək qərarına gəlib.
Uruqvay millisinin Əlcəzairlə oyununun Turində keçirilməsi “Yuventus” üçün əlavə üstünlük yaradıb. Klubun idman direktoru Marko Ottolininin matçı stadiondan izləyərək oyunçunu dəyərləndirəcəyi gözlənilir.
Qeyd edək ki, Uqartenin “Mançester Yunayted”lə müqaviləsi 2029-cu ilə qədərdir və onun bazar dəyəri təxminən 30 milyon avro məbləğində qiymətləndirilir.







