Zamiq Əliyev oynadı, "Eqnatiya" lider oldu
Albaniya Superliqasında 2-ci tura yekun vurulub.
Msport.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” səfərdə “Vora”ya 3:1 hesabı ilə qalib gəlib.
Meydana start heyətində çıxan Əliyev sona qədər oynayıb.
Hazırda “Eqnatya” maksimum xalla çempionatın lideridir.







