featured-image-82810

Albaniya çempionatında 5-ci turun oyunları keçirilib.

Msport.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” doğma meydanda “Partizani” komandasını qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Zamiq Əliyev matçın ikinci hissənin əvvəlində meydana daxil olub və sonadək oynayıb.

Qeyd edək ki, bu nəticədən sonra “Eqnatiya” 12 xalla ikinci pillədə qərarlaşıb.

Bənzər xəbərlər