Zaqreb "Dinamo"su Mahirə 1,5 milyon avro qiymət qoyub
Milli komandamızın futbolçusu Mahir Emreli karyerasını “Konyaspor”da davam etdirəcək.
Msport.az xəbər verir ki, 25 yaşlı hücumçu mövsümün sonuna kimi Türkiyə Super Liqası klubunda icarə əsasında oynayacaq.
Əgər Mahir yeni komandada ümidləri doğrultsa, “Konyaspor” mövsümün sonunda Zaqreb “Dinamo”sundan onun transfer hüquqlarını ala bilər.
Türkiyəli jurnalist Veli Özkanın sözlərinə görə, Xorvatiya klubu həmyerlimizə 1,5 milyon avro qiymət qoyub. “Konyaspor” onu almaq istəsə, Zaqreb təmsilçisinə bu qədər pul ödəməlidir.
AYXAN