Zaur Qəhrəmanovun yerinə yeni təyinat oldu
“SOCAR Türkiyə” şirkətinin baş direktorluğundan uzaqlaşdırılan “Nefçi” klubunun Müşahidə Şurasının üzvü Zaur Qəhrəmanovun yerinə yeni təyinat olub.
Msport.az xəbər verir ki, bundan sonra həmin vəzifədə Elçin İbadov çalışacaq.
2016-cı ildən “SOCAR Türkiyə”nin baş direktoru işləyən Qəhrəmanov artıq SOCAR prezidentinin müşaviri postunda fəaliyyət göstərir. Bir çoxlarının fikirincə, “SOCAR Türkiyə”nin baş direktorundan sonra onun müşavir təyin olunmağı formal xarakter daşıyır.
Qeyd edək ki, Qəhrəmanov “Neftçi”də əsas söz sahibi olan önəmli şəxslərdən biri hesab olunur. SOCAR prezidenti Rövşən Nəcəf isə “ağ-qaralar”ın Müşahidə Şurasının sədri olsa da, o, hələ ki klubda baş verən hadisələrə ciddi müdaxilə etmir, gözləmə mövqeyi tutur.
“Neftçi” azasrkeşləri dəfələrlə sosial şəbəkələrdə Nəcəfə müraciət edərək komandada baş verənlərə müdaxilə etməsini xahiş etsələr də, heç bir reaksiya gəlməyib.
AYXAN







