featured-image-14668

Azərbaycan cüdoçuları Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında mübarizəni iki bürünc medalla başa vurublar.

Msport.az xəbər verir ki 100 kiloqram çəki dərəcəsində çıxış edən Zelim Kotsoyev bürünc medal uğrunda görüşdə Toma Nikiforova (Belçika) “vaza-ari” xalıyla qalib gələrək bürünc medala sahib çıxıb.

Qeyd edək ki, Hidayət Heydərov da (73 kq) dünya çempionatını 3-cü yerdə başa vurub. Mundiala oktyabrın 13-də qarışıq komanda yarışı ilə yekun vurulacaq.

Bənzər xəbərlər