featured-image-79660

“Zenit” “Trabzonspor”un hücumçusu Felipe Auqustonu transfer edib.

Msport.az xəbər verir ki, braziliyalı futbolçu ilə 4+1 illik müqavilə imzalanıb.

Mətbuatın yazdığına görə, Rusiya klubu bu keçidə görə “Trabzonspor”a 15 milyon avro ödəyəcək. Daha 5 milyon isə bonuslar şəkilində nəzərdə tutulub.

Auqusta 2025-ci ilin yayından Trabzon təmsilçisində çıxış edirdi. O, bu  müddət ərzində 40 oyunda 15 qol vurub.

Forvardın “Trabzonspor”la müqaviləsi 2029-cu ilin yayına qədər idi.

Bənzər xəbərlər