featured-image-82652

Fransa millisinin yeni baş məşqçisi Zinəddin Zidan əvvəlki məşqçi Didye Deşamın rəhbərliyi altında milli komandaya çağırılmayan 9 oyunçunu genişləndirilmiş heyətə daxil etməyi planlaşdırır.

Msport.az xəbər verir ki, həmin futbolçular aşağıdakılardır:

Olivye Boskali (“Brayton”), Jeremi Jake (“Liverpul”), Esteban Lepol (“Renn”), Lukas Da Kunya (“Komo”), Endi Diuf (“İnter”), Pablo Paji (“Paris”), Enzo Le Fay (“Sanderlend”), Pyer Qaniu (“Lans”) və Mattye Udol (“Lans”) daxildir.

Fransa millisi Zinəddin Zidanın rəhbərliyi altında ilk oyununu sentyabrın 25-də Millətlər Liqasının qrup mərhələsinin birinci turunda Türkiyəyə qarşı səfərdə keçirəcək.

Bənzər xəbərlər