featured-image-76336

Zinəddin Zidan Fransa millisinin baş məşqçisi təyin olunacaq.

Msport.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat verib.

Onun sözlərinə görə, əfsanəvi futbolçu Fransa Futbol Federasiyasının rəhbərliyi ilə şifahi razılıq əldə edib. Tərəflər qışda bu təyinatı açıqlaya bilərdilər, lakin millinin hazırkı baş məşqçisi Didye Deşama hörmət əlaməti olaraq gözləməyi qərara alıblar.

Zidanın Frasna millisinin məşqçilər korpusuna David Bettoni və Hamidu Msaidini dəvət edəcəyi gözlənilir. O, hər iki mütəxəssislə “Real”da da işləyib.

Zidan məşqçi kimi “Real”la iki dəfə İspaniya çempionu olub, 3 dəfə Çempionlar Liqası kubokunu qazanıb.

Bənzər xəbərlər