"Zirə" 3:0 öndə olduğu oyunda uduzdu
Türkiyədə təlim-məşq toplanışında olan “Zirə” bu gün növbəti yoxlama oyununa çıxıb.
Msport.az xəbər verir ki, Rəşad Sadıqovun komandası “Iğdır” klubu ilə qarşılaşıb.
“Qartallar” 3:0 öndə olduqları oyundan məğlub ayrılıblar – 3:4. “Zirə”nin heyətində Yeqor Boqomolski dubl edib. Digər qolu isə Elçin Əlicanov vurudb.
Xatırladaq ki, “Zirə” Türkiyədəki toplanış çərçivəsində ilk görüşdə Özbəkistanın “Novbahor” klubuna uduzmuşdu – 1:3.







