featured-image-50790

“Zirə” UEFA Avropa Liqasında mübarizəyə başlayıb.

Msport.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda turnirin I təsnifat mərhələsində Moldovada “Şerif”in qonağı olub.

Tiraspol şəhərindəki “Şerif Arena”da oynanılacan qarşılaşma komandamızın minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 88-ci dəqiqədə Davut Volkov vurub.

Qeyd edək ki, cavab oyunu bir həftə sonra Bakıda “Liv Bona Dea Arena” gerçəkləşəcək.

Bənzər xəbərlər