featured-image-50381

“Zirə”nin UEFA Avropa Liqasındakı rəqibi “Şerif” heyətini yeni futbolçu ilə gücləndirib. Msport.az xəbər verir ki, Moldova klubu ötən mövsümü “Qəbələ”də keçirmiş Əyyub Allaşla anlaşıb.

26 yaşlı yarımmüdafiəçi ötən mövsüm 40 oyunda 7 qol vurub və 10 məhsuldar ötürmə verib.

Qeyd edək ki, “Şerif”lə “Zirə” arasında ilk oyun iyulun 11-də Tiraspolda, cavab qarşılaşması isə iyulun 18-də Bakıda keçiriləcək.

Bənzər xəbərlər