featured-image-82765

Azərbaycan Premyer Liqasında 6-cı tur davam edir.

Msport.az xəbər verir ki, ikinci oyun günündə daha iki görüş keçiriləcək.

Turun mərkəzi oyununda “Turan Tovuz” “Zirə”ni qəbul edəcək.  Hazırda paytaxt klubu 10 xalla turnir cədvəlində 4-cü, “Turan Tovuz” isə 8 xalla 5-cidir. Qeyd edək ki, Tovuz təmsilçisi ötən mövsümün yekunlarına əsasən avrokuboklara vəsiqə qazansa da, onlar cəzalı olduqlarından “Zirə” Konfrans Liqasında çıxış etmişdi.

Günün digər matçında “Sabah” “İmişli” ilə qarşılaşacaq. 4 oyun keçirən “Sabah” 100 faizlik nəticə göstərib.

Azərbaycan Premyer Liqası

VI tur

19 sentyabr (şənbə)

17:30. “Turan Tovuz” – “Zirə”
Hakimlər:
 Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Teymur Teymurov, Nicat İsmayıllı, Əli Əliyev (VAR), Cəmil Quliyev (AVAR)
Tovuz şəhər stadionu

19:45. “Sabah” – “İmişli”
Hakimlər:
 Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Rəşad Əhmədov, Rauf Cabarov (VAR), Tərlan Talıbzadə (AVAR)
“Bank Respublika Arena”

20 sentyabr (bazar)

16:30. “Şamaxı” – “Araz-Naxçıvan”

19:00. “Kəpəz” – “Sumqayıt”

18 sentyabr (cümə)

“Qəbələ” – “Neftçi” – 0:3

“Qarabağ” – “Şəfa” 1:0

Bənzər xəbərlər