Zubir het-trik etdi, "Qarabağ" böyük hesabla qələbə qazandı
Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün iki yoxlama oyunu keçirib.
Msport.az xəbər verir ki, ilk görüşdə “Slaven” klubunu 1:0 hesabı ilə məğlub edən Qurban Qurbanovun komandası axşam saatlarında BƏƏ-nin “Əl Şabab” kollektivi ilə qarşılaşıb.
Ağdam klubu günün ikinci qarşılaşmasında böyük hesabla qələbə qazanıb – 5:2.
“Qarabağ”ın heyətində Zubir het-trik edib. Digər qolları Benzia və Leandro Andrade vurub.