featured-image-1590

Azərbaycan 1-ci divizionunda 2021/22 mövsümünün qalibi müəyyənləşib.

Msport.az xəbər verir ki, “Qaradağ Lökbatan” 22-ci turun oyunlarından sonra çempionluğu təmin edib. Bakı klubu öz meydanında “Zaqatala” üzərində qələbə qazanıb – 2:0.

Bununla da paytaxt təmsilçisi xallarının sayını 50-yə çatdırıb. Digər komandalar üçün əlçatmaz olan “Qaradağ Lökbatan” çempionatın sonuna 4 tur qalmış 1-ci yeri və qızıl medalları təmin edib.

Bu, klubun tarixində ikinci belə uğurdur. Bakılılar 2011/12 mövsümünün də qalibi olub.

Bənzər xəbərlər