featured-image-16266

“Qarabağ” – “Frayburq” matçından (1:1) sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov CBC Sport-un canlı efirində oyunla bağlı fikirlərini bildirib.

Msport.az xəbər verir ki, o futbolçularına və azarkeşlərə təşəkkür edib:

“Deyiləcək çox söz yoxdur. Futbolçularıma təşəkkür edirəm. Bu il avrokuboklarda çox yaxşı bir mövsüm keçirdik. Məncə, 14 oyunun hamısında futbolçularım çox yaxşı performans göstərdilər. İstəyirdim ki, bu gün ən yaxşı oyunumuz olsun. Onlardan bunu həm tələb, həm xahiş etdim. Futbolçularım sağ olsun ki, Avrokubokları bu illik çox yaxşı notlarda başa vurdular. Əlbəttə ki, azarkeşlərə də təşəkkür etmək istəyirəm. Möhtəçəmdirlər, hələ də burdadırlar”.

Qurbanov hakim qərarlarına da münasibətini bildirib: “Qol epizoduna əsəbləşdim bir az. Bizim gördüyümüzə görə, həmin anda epizoda kimi penalti idi. Bilmirəm, nəyə görə, oyundan kənar vəziyyət qeydə aldılar. Həmin qərara etirazımı bildirirdim.  Amma yenə də epizoda baxdıqdan sonra dəqiq fikir bildirmək olar”.

Bənzər xəbərlər