featured-image-11931

Azərbaycanın daha iki qadın şahmatçısı 2023-cü ildə keçiriləcək dünya kubokuna vəsiqə qazanıb. Msport.az xəbər verir ki, bu, Günay Məmmədzadə və Ülviyyə Fətəliyevanın Çexiyanın paytaxtı Praqada keçirilmiş Avropa çempionatında medal qazanması sayəsində mümkün olub. Məmmədzadə Avropa çempionatında gümüş, Fətəliyeva isə bürünc medal əldə edib.

Yarışda ümumilikdə 103 şahmatçı iştirak edəcək. Onlardan 18-i Avropa, 14-ü Asiya, 4-ü Amerika, 3-ü isə Afrika təmsilçiləri olacaq.

Dünya kubokunun ümumi mükafat fondu 676 250 000 dollardır. Qalib şahmatçı 50 000 dollar, ikinci və üçünçü yerin sahibləri müvafiq olaraq 35 000 və 25 000 dollar əldə edəcək.

Dünya kuboku 2023-cü ilin ikinci yarısında keçiriləcək. Dəqiq tarix və yarışın keçiriləcəyi ölkə hələlik məlum deyil. Daha əvvəl Gülnar Məmmədova bu turnirdə iştirak hüququna yiyələnib.

Bənzər xəbərlər