75 azarkeşə ömürlük cəza
“Liverpul” 75 azarkeşinə ömürlük stadiona giriş qadağası qoyub.
Msport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Qırmızılar” buna səbəb kimi, həmin fanatların öz biletlərini yenidən satmalarını göstərib. Onların “mersisaydlılar”ın ev matçlarını keçirdiyi “Enfild Roud”a girişi qadağan olunub.
Abonement və biletlərdən istifadə qaydalarını pozan 136 nəfər isə qeyri-müəyyən müddətə işdən kənarlaşdırılıb.