featured-image-24491

“Turan Tovuz” Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində “Neftçi”yə 0:4 hesabı ilə uduzdu. Ayxan Abbasovun komandasının I dövrədə “ağ-qaralar”dan səfərdə 1 xal qazandığını (0:0) nəzərə alsaq, bu məğlubiyyət Qərb klubu üçün ciddi zərbə idi.

Həm də bu komandalar təxminən bir aydan sonra Azərbaycan kubokunun yarımfinal mərhələsində üz-üzə gələcəklər. İndi Abbasov komandasını həmin matçlara təkcə taktiki baxımdan yox, həm də psixoloji cəhətdən hazrılamalıdır. Aydındır ki, 0:4 hesablı məğlubiyyətdən sonra futbolçuların “Neftçi” mifindən, “Neftçi” vahiməsindən qurtulmaları çətin olacaq.

“Turan”ın əsas gücü azarkeşləri olacaq. Tovuz klubu azarkeşlərinin böyük dəstəyi ilə “Neftçi”yə qarşı var gücünü ortaya qoyacaq. Qərb klubunun tərəfdarları 8 km stadionunda da mini Tovuz yarada bilmişdilər. “Turan” 90 dəqiqə ərzində səfərdə oynadığını hiss etmədi. Ən maraqlı səhnə isə matçdan sonra yaşandı.

0:4 hesablı məğlubiyyətdən sonra azarkeşlər futtbolçuları yanlarına çağırıb dəstək verdilər, “Turan” sən bizim qürurumuzsan” şüarını səsləndirdilər. İlk dəfə idi ki, bu cür uduzan komandaya Azərbaycan çempionatında möhtəşəm dəstək verilməsinin şahidi olurdum. Adətən bizdə belə nəticələrdən sonra fanatlar ya tribunaları vaxtından əvvəl tərk edirlər, ya da futbolçuları haqq-hesaba çağırırlar. “Turan”ın bəxti gətirib ki, belə fanatları var. Komandanı ağır məğlubiyyətdən sonra özünə gətirən də məhz həmin azarkeşlər olacaq.

AYXAN 

 

Bənzər xəbərlər