ABF qalmaqala aydınlıq gətirdi: “Hakim qərəzli idi”
Azərbaycan Boks Federasiyası Avropa çempionatında yaşanan qalmaqala aydınlıq gətirib.
Msport.az xəbər verir ki, yayılan bəyanatda vurğulanıb ki, Serbiyanın Zlatibor şəhərində məktəbli boksçular arasında Avropa birinciliyində Yusif Ağakişiyevlə (75 kq) Viktor Maystroviçin final görüşündə texniki direktor Hamza Avezov idman etikasına uyğun hərəkət etmədiyinə görə, onunla bağlı Azərbaycan Boks Federasiyasının təlimatına və qaydalara uyğun olaraq addım atılacaq:
“Adıçəkilən döyüşdə şimali makedoniyalı hakim Stefan Subalevski qərəzli yanaşaraq, şəxsi maraqlarını üstün tutaraq, saxtakarlıq edərək boksçumuzun təmiz qələbəsini əlindən aldı. Onu çempionluqdan məhrum etdi. Bununla əlaqədar federasiya olaraq hakim barəsində də tədbir görülməsi üçün aidiyyəti beynəlxalq təşkilata müraciət hazırlanır”.