ABŞ İran vətəndaşlarını dünya çempionatına buraxacaq?
Dörd ölkənin azarkeşləri bu il keçikriləcək dünya çempionatına buraxılmaya bilərlər.
Msport.az xəbər verir ki, DÇ-2026-ya 3 ölkə – ABŞ, Kanada və Meksika ev sahibliyi edəcək.
ABŞ Haiti, İran, Kot-d-İvuar və Seneqal vətəndaşlarının ölkəyə girişinə qadağa qoyub. İstisna yalnız futbolçulara, məşqçilərə və nümayə heyətinin üzvlərinə edilir.
Qeyd edək ki, mundial iyunun 11-dən iyulun 19-dək keçiriləcək.







