featured-image-2170

22 yaşadək oğlan voleybolçulardan ibarət Azərbaycan millisinin AÇ-2022-də rəqibləri bəlli olub.

Msport.az xəbər verir ki, 2-ci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq yığma Kosovo, Niderland və Slovakiya ilə birgə E qrupunda gücünü yoxlayacaq.

Eldar Əliyevin baş məşqçisi olduğu komanda ilk matçını mayın 20-də Kosovo millisinə qarşı keçirəcək. Voleybolçularımız ertəsi gün Niderlandla, mayın 22-də isə Slovakiya ilə üz üzə gələcək.

Komandamızın oyunları Bakı vaxtı ilə 21:00-da başlayacaq. Görüşlərə Kosovo ev sahibliyi edəcək.

Qeyd edək ki, təsnifat mərhələsində 21 komanda 6 qrupda qüvvəsini sınayacaq. Qrup qalibləri və ən yaxşı ikinci yerin sahibi final mərhələsinə vəsiqə qazanacaq.

AÇ-2022-nin təsnifat mərhələsi
E qrupu

20 may
21:00. Azərbaycan – Kosovo

21 may
21:00. Niderland – Azərbaycan

22 may
21:00. Slovakiya – Azərbaycan

Bənzər xəbərlər