featured-image-25126

Serbiyada şahmat üzrə Avropa çempionatı başa çatıb.

Msport.az xəbər verir ki, yarışda ötən gün 11-ci turun oyunları keçirilib.

Azərbaycan təmsilçiləri arasında ən yaxşı nəticəni 17-ci olan Nicat Abasov (7,5 xal) göstərib. Çempion isə 8,5 xalla Aleksey Sarana (FIDE) olub.

Xatırladaq ki, qitə çempionatında 19 azərbaycanlı şahmatçı iştirak edib: Nicat Abasov, Eltac Səfərli, Aydın Süleymanlı, Misrətdin İsgəndərov, Vüqar Əsədli, Məhəmməd Muradlı, Namiq Quliyev, Vüqar Rəsulov, Abdulla Qədimbəyli, Əhməd Əhmədzadə, Ülvi Sadıxov, Xəzər Babazadə, Ülvi Sadıxov, Riad Səmədov, Ülviyyə Fətəliyeva, Vüqar Manafov, Nail Bəşirli, Elmar Atakişiyev, Xaqan Əhməd və Şahin Vəliyev.

Bənzər xəbərlər