featured-image-56859

Azərbaycan Cüdo Federasiyasının (ACF) təhsil meneceri Orxan Oruczadə Beynəlxalq Olimpiya Komitəsinin Elit İdmanda Mental Sağlamlıq ixtisası üzrə təhsilini uğurla başa vuraraq diplomla təltif olunub.

Bu barədə Msport.az-a ACF-nin mətbuat xidmətindən məlumat verilib.

Diplom İsveçrənin Lozanna şəhərində yerləşən Olimpiya Muzeyində keçirilən məzuniyyət mərasimində təqdim edilib.

Bu təhsil proqramı yüksək səviyyəli idmançılara mental sağlamlıq sahəsində vacib bilik və bacarıqlar qazandırır, bu sahənin aparıcı mütəxəssisləri tərəfindən 10 ay ərzində tədris edilir.

Orxan Oruczadə Azərbaycan Milli Olimpiya Komitəsinin dəstəyi ilə bu proqrama qatılıb.

Bənzər xəbərlər