featured-image-10759

“Adana Dəmirspor”un idman direktoru Gökhan Göktürk təsdiqləyib ki, Artyom Dzyuba komandalarına keçməyə yaxındır.

Msport.az “sport24.ru”-ya istinadən xəbər verir ki, azad agnt statusuna malik olan 33 yaşlı hücumçu karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər:

“Dzyuba bizim klubla müqavilə bağlayıb? Hələ yox, ancaq ümid edirik ki, bu gün baş verəcək.  Müqavilə 1+1 sxemi üzrə nəzərdə tutulub”.

Türkiyə mediası da Adana klubunun “Zenit”in sabiq forvardı ilə anlaşmaya yaxın olduğunu yazmışdı.

Rusiya millisinin üzvü bu günlərdə sosial şəbəkələrdə İstanbuldan video da paylaşıb.

Bənzər xəbərlər