featured-image-80120

“Barselona” “Borussiya Dortmund”un yarımmüdafiəçisi Karim Adeyemi ilə razılığa gəlib.

Msport.az xəbər verir ki, Kataloniya təmsilçisi 24 yaşlı futbolçu üçün Dortmund klubuna rəsmi təklif göndərib.

Adeyeminin yalnız “Barselona”ya keçmək istədiyi bildirilir. Futbolçu ilə şəxsi müqavilə şərtləri üzrə şifahi anlaşma əldə olunub.

Hazırda klublar arasında transfer məbləği ilə bağlı danışıqlar davam edir. “Barselona” rəhbərliyi keçidi qısa müddətdə yekunlaşdırmağa çalışır.

Komandanın baş məşqçisi Hansi Flikin də Adeyeminin transferində israrlı olduğu vurğulanır. Almaniyalı mütəxəssis futbolçunun hücum xəttində rəqabəti artıracağını düşünür.

Qeyd edək ki, Adeyeminin “Borussiya Dortmund”la müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Bənzər xəbərlər