Adı Azərbaycan komandaları ilə hallanan hücumçu Türkiyə klubu ilə danışıq aparır
Bir ara adı Azərbaycan klubları ilə də hallanan Artyom Dzyuba yenidən Türkiyə klubu ilə danışıqlara başlayıb.
Msport.az “Sport Ekspress”ə istinadən xəbər verir ki, “Zenit”in sabiq hücumçusu “Adana Demirspor”a keçə bilər. Yaxın günlərdə danışıqların yekunlaşa biləcəyi bildirilir.
Əgər transfer reallaşarsa, Rusiya millisinin üzvü ildə 1,5 milyin avro əməkhaqqı alacaq.
Dzyubanın “İstanbulspor”a keçmək variantı da olub, amma daha aşağı maaşa. 33 yaşlı forvard bu yay ilinə 1 milyondan aşağı əməkhaqqı olan təklifləri dəyərləndirməyib.
O, “Zenit”dən ayrıldıqdan sonra azad agentdir. Bir ara formada qalmaq üçün “Rubin”də məşq edirdi.