featured-image-2885

Yeni mövsümdən I divizionda çıxış edəcək “Araz Naxçıvan” bu turnirdə iddialı olmaq niyyətindədir.

Baş məşqçi postuna Azər Bağırovu gətirən klub Türkiyədə bir neçə yoxlama görüşü də keçirdi. “Turan Tovuz” “Qəbələ”, “Keşlə” kimi klublarda işləmiş Bağırov bəzi təcrübəli futbolçuları  komandasına cəlb etməyə çalışır.

Msport.az-a daxil olan məlumata görə, Akademiyaya da diqqəti də artırmağa çalışan “Araz Naxçıvan” bu məqsədlə Adil Şükürovu Muxtar Respublikaya dəvət edəcək. Hazırda “Turan Tovuz”un Akademiyasına rəhbərlik edən mütəxəssis bundan sonra Naxçıvan təmsilçisində işləyəcək.

Bənzər xəbərlər