featured-image-21277

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Msport.az xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında keçirilən yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:

AFFA Gənclər Liqasında keçirilən “Səbail” –“Neftçi” oyununda “Neftçi”nin futbolçusu Oruc Məmmədov qarşılaşmanın 82-ci dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı və meydanı tərk edərkən “Səbail” komandasının ünvanına qeyri etik ifadələr işlətdiyi üçün 4 oyun cəzalandırılıb.

Sözügedən oyunda “Səbail”in baş məşqçisi Müşviq Qənbərov və “Neftçi”nin baş məşqçisi İlyas Qurbanov öz aralarında davamlı şəkildə mübahisə etdiyinə görə hakim onları qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırıb. Buna görə onların hər ikisi 5 oyun cəzalandırılıb.

AFFA U-17 Liqasında keçirilən “Sumqayıt” – “Sabah” oyununda “Sabah”ın futbolçusu Fəyyəz Mehdizadə rəqib oyunçunu təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalandırılıb.

Bənzər xəbərlər