featured-image-9364

“Rusiyanın “Ximki” klubunun Azərbaycan əsilli futbolçusu Ayaz Quıiyev sport24.ru-ya müsahibə verib.

Msport.az xəbər verir ki, yarımmüdafiəçi milli komandamıza dəvət olunması perespektivindən də danışıb:

“Daim AFFA ilə əlaqədəyəm. Ancaq onlardan mənə yekun təklif bir dəfə də olsun, gəlməyib.  Hər şey səthi, konkret danışıqlar olmadan baş tutub. Fikrimcə, bir yerdə oturub danışmaq, bir-birimizə qulaq asmaq və ortaq nəticəyə gəlmək lazımdır. İndi isə belə çıxır ki, məni sadəcə istəyirlər, ancaq ortada heç nə yoxdur”.

26 yaşlı yarımmüdafiəçi hələ də Azərbaycan millisində çıxış etməyə hazır olub-olmadığını bilmədiyini qeyd edib: “Mən ancaq konkret danışıqlardan sonra özümün buna hazır olub-olmadığını biləcəyəm. İndi deyə bilmərəm ki, hazıram, ya yox. Tələsik qərarlar vermək istəmirəm”.

Bənzər xəbərlər