featured-image-23960

Apellyasiya Arbitraj Tribunalının yeni qərarları açıqlanıb.

Msport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Difai” FK tərəfindən verilən apellyasiya şikayəti təmin edilib:

17 fevral 2023-cü il tarixdə İntizam Komitəsi tərəfindən AFFA Region Liqasında çıxış edən “Difai” FK barəsində qəbul edilmiş 0:3 hesablı texniki məğlubiyyət cəzası ləğv edilsin.

“Neftçi” PFK tərəfindən verilmiş apellyasiya şikayətləri isə təmin edilməyib:

İntizam Komitəsi tərəfindən AFFA Gənclər Liqasında çıxış edən “Neftçi” komandasının futbolçusu Oruc Məmmədov barəsində 4 oyun və “Neftçi“ komandasının baş məşqçisi İlyas Qurbanov barəsində verilmiş 5 oyun kənarlaşdırma cəzası qüvvədə saxlanılsın.

Bənzər xəbərlər