featured-image-8117

AFFA Hakimlər Komitəsinin yeni sədrinin kimliyi dəqiqləşib. Msport.az xəbər verir ki, önəmli post Barış Şimşəyə tapşırılacaq.

45 yaşlı mütəxəssisin təyinatı bu gün videokonfrans formatında keçiriləcək İcraiyyə Komitəsinin toplantısında rəsmiləşəcək.

Trabzonda anadan olan, peşəkar hakim karyerasına 1999-cu ildə başlayan Şimşək 2002-ci ildən Türkiyə Superliqasının oyunlarına təyinat alıb. O, son olaraq Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsində VAR koordinatoru və hakim işləri müdiri vəzifələrini tutub.

Şimşək bir müddətdir Bakıdadır və AFFA rəhbərliyi ilə bir neçə görüş keçirib. O, Fritz Ştuxlikdən sonra Azərbaycanda VAR-la bağlı məsələlərə nəzarət edirdi.

 

 

Bənzər xəbərlər