AFFA-nın baş katibi Belarus Futbol Federasiyasının prezidenti ilə görüşüb
AFFA-nın baş katibi Sərxan Hacıyev “Azersun Arena”da keçirilən UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin “Dinamo” (Minsk, Belarus) – “Jelezniçar” (Bosniya və Herseqovina) oyununu izləmək üçün Azərbaycanda səfərdə olan Belarus Futbol Federasiyasının (BBF) prezidenti Nikolay Şerstnyovla görüşüb.
Msport.az xəbər verir ki, görüşdə AFFA ilə Belarus Futbol Federasiyası arasında əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb.
N.Şerstnyov qonaqpərvərliyə və “Dinamo” – “Jelezniçar” matçının yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib. Görüşdə BFF-nin vitse-prezidenti Andrey Vasileviç və baş katibi Sergey Jardeçki də iştirak ediblər.







