featured-image-73450

Misir və Nigeriya milliləri Afrika Millətlər Kubokunda 1/4 finala yüksəlib.

Msport.az xəbər verir ki, turnir Mərakeşdə keçirilir.

1/8 finalda Misir əlavə vaxtda Benini 3:1 hesabı ilə məğlub edib. Belə ki, əsas vaxt 1:1 bitib. Nigeriya isə Mozambiki 4:0 hesabı ilə məğlub edib.

Misir 1/4 finalda Fil Dişi Sahili – Burkina Faso matçının qalibi ilə oynayacaq. Nigeriya isə Əlcəzair – Konqo DR matçının qalibi ilə qarşılaşacaq.

Bundan əvvəl Mali, Seneqal, Kamerun və Mərakeş Afrika Millətlər Kubokunda 1/4 finala yüksəlib. 1/4 final görüşləri yanvarın 9-10-da keçiriləcək. Final yanvarın 18-də keçiriləcək. Turnirin hazırkı qalibi Fil Dişi Sahili komandasıdır.

Bənzər xəbərlər