Afrikalı hücumçuya Azərbaycandan təklif
Niger millisinin və “Krivbas”ın hücumçusu Daniel Sosa Azərbaycandan təklif alıb.
Msport.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, adı açıqlanmayan klublarımızdan biri afrikalı forvardın xidmətində maraqlıdır.
Təklifin kifayət qədər maraqlı olduğu bildirilib. İddiaya görə, Azərbaycanla yanaşı, Qazaxıstan klubu da Sosanı heyətinə qatmaq istəyir. Premyer Liqa təmsilçisinin futbolçu üçün 50 min dollar təklif etdiyi iddia olunur.