featured-image-10804

“Kəpəz” yeni mövsümə 2 məğlubiyyətlə başlayıb. Gəncə klubu ilk turda “Zirə”yə müqavimət (1:2) göstərsə də, növbəti oyunda “Neftçi”yə qarşı ortaya heç nə qoya bilmədi – 2:5.

Artıq xeyli vaxtdır ki, “Kəpəz” azarkeşləri baş məşqçi Yaşar Vahabzadənin istefasını tələb edirlər. “Neftçi” ilə “Bakcell Arena”dakı matçda da fanatlar demək olar ki, oyun boyu Vahabzadəni istefaya səsləyən şüarlar səsləndirdilər.

Gəncə təmsilçisi Premyer Liqanın 3-cü turunda Qəbələdə yerli komanda ilə qarşılaşacaq.

Msport.az-a daxil olan məlumata görə, “Kəpəz” bu oyunda da uduzsa, Vahabzadə istefaya göndərilə bilər. Artıq rəhbərlik yeni baş məşqçini də müəyyənləşdirib. Ötən mövsüm “Səbail”in sükanı arxasında olan Aftandil Hacıyev Qərb klubunu çalışdıra bilər. Rəhbərlik 41 yaşlı mütəxəssislə danışıqlar aparıb və ilkin razılıq alıb.

 

 

Bənzər xəbərlər