AİJA ilin qaliblərini açıqladı
Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) və İdman Mətbuatı üzrə Avropa İttifaqının (AIPS EUROPE-UEPS) üzvü və ölkəmizdə rəsmi təmsilçisi Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) 2024-cü ilin ənənəvi qalib nominasiyalarını açıqlayıb.
Msport.az xəbər verir ki, ilin ən yaxşıları ölkənin kütləvi informasiya vasitələri, idman azarkeşləri və mütəxəssisləri arasında rəy sorğusuna əsasən müəyyənləşib.
2024-cü ilin idman laureatları
İlin idman xadimi – Rəşad Rəsullu (Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti)
İlin idmançısı
Kişilər
Hidayət Heydərov (cüdo)
Zelim Kotsoyev (cüdo)
Həsrət Cəfərov (yunan-Roma güləşi)
Qadınlar
Lamiyə Vəliyeva (paraatletika)
Ülviyyə Fətəliyeva (şahmat)
Jalə Əliyeva (güləş)
İlin idman jurnalisti – Gəray Qiyasov (“Real TV”)
İlin idman vloggeri – Orxan Sübhan
İlin televiziya aparıcısı – Aidə Əliyeva (“CBC Sport”)
İlin fotoreportyoru – Elşən Ağalarov (“Xalq qəzeti”)
İlin məşqçisi – Riçard Trautman (Kişi cüdoçulardan Azərbaycan millisinin baş məşqçisi)
İlin hakimi – Asif Şirəliyev (güləş)
İlin federasiyası – Azərbaycan Cüdo Federasiyası
İlin informasiya agentliyi – AZƏRTAC
İlin telekanalı – İctimai Televiziya
İlin qəzeti – “Olimpiya dünyası”
İlin saytı
İdman – Fanat.az
İctimai-siyasi – Report.az
Qeyd edək ki, Azərbaycan idmançıları 2024-cü il ərzində Olimpiya Oyunlarında, qitə və dünya çempionatlarında, digər nüfuzlu beynəlxalq turnirlərdə 1718 medal qazanıblar. Bu, Azərbaycan idmanı tarixində yeni rekord göstəricidir. Qazanılmış medalların 666-sı qızıl, 465-i gümüş, 587-si bürünc əyarlıdır. Olimpiya idman növlərində 827, qeyri-Olimpiya növlərində 854, Paralimpiya idman növlərində isə 37 medal əldə edilib. İl ərzində Azərbaycan idmançılarının 266 beynəlxalq yarışda iştirakı təmin edilib.